“Son günlər ictimai nəqliyyatda, qapalı məkanlarda maskadan istifadə edənlərin sayı artıb”.

Unikal.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva  bildirib.

Y. Qarayeva deyib ki, hər bir vətəndaş özünü qoruyacaqsa, bu, ümumi işə dəstək olacaq.