“Biz ilk dəfə beynəlxalq səviyyədə məlumat yerləşdirdik ki, mayın 31-nə qədər Azərbaycana uçuşlar qadağandır. Daha sonra isə bu məlumatları yenilədik və qadağa müddətini iyulun 1-nə qədər uzatdıq”.
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov deyib.
“Bu dövr ərzində hava nəqliyyatı ilə yük daşımalarına heç bir qadağa qoyulmayıb və hətta yükdaşımalarda 25-27% artım olub. Bundan başqa, aprel-may aylarında 25 minə yaxın sərnişin daşınıb”, - deyə o, qeyd edib.