“Pandemiya ilə əlaqədar müvəqqəti uçuşlarla bağlı qaydaları hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik”.
Unikal.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib.
Dövlət Mülki Aviasiya Agentliyinin direktoru qeyd edib ki, qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.