“Ötən dövrdə çarter reysləri zamanı pilot və ekipaj üzvlərində yoluxma olmayıb”.
Unikal.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.