“Koronavirus (COVID-19) pandemiyasına baxmayaraq “Açıq səma” sazişi qüvvədədir. Aviasiyada güzəştlərin ləğv edilməsi ilə bağlı fikir yoxdur”.
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib.
“Beynəlxalq Mülki Aviasiya Assosiasiyasının (IATA) bildirdiyinə görə, bu il mülki aviasiya sənayesi 249 milyard ABŞ dolları itirib və əvvəlki vəziyyətə qayıdış 2023-cü ildən tez olmayacaq”.