Dekabrda dünya dağılmayacaq
11:19 30-11-2012
İQTİSADİYYAT
Dekabrda dünya dağılmayacaq
NASA: "Planetimiz 4 milyard il ərzində mövcuddur və tezliklə onun sonunun çatacağı barədə iddiaların heç bir elmi əsası yoxdur"
21 dekabr 2012-ci il tarixinə proqnozlaşdırılan "Qiyamət günü" barədə düşünmyən insana və bu barədə yazmayan mətbu orqana rast gəlmək mümkün deyil. Biz də "Unikal" olaraq bu mövzuya bir neçə müracət etmişik.
Son məlumatlara görə, dünyanın nüfuzlu elm mərkəzlərindən NASA kosmik agentliyinin alimləri (ABŞ) bu mövzuda növbəti bəyanatla çıxış ediblər.
"2012-ci ildə dünyanın sonu olmayacaq. Bizim planetimiz 4 milyard il ərzində mövcuddur və tezliklə onun sonunun çatacağı barədə iddiaların heç bir elmi əsası yoxdur", deyə NASA-nın saytında yerləşdirilmiş məlumatda bildirilir.
Məlumatda günümüzdə populyar olan dünyanın sonu barədə nəzəriyyələr təkzib olunur. Nəzəriyyələrdən birinə görə Yer Günəş sistemində guya ki, mövcud olan mifik Nibiru planeti ilə toqquşacaq. İddialara görə bu planetin mövcudluğu barədə qədim şumerlər məlumat veriblər. Əvvəllər bu ssenariyə əsasən fəlakət 2003-cü ilin mayında baş verməli idi. Lakin bu baş verməyəndə dünyanın sonu 2012-ci il dekabrın 21-dək təxirə salındı. Mayya hindularının təqvimində vaxt dövriyyələrindən biri məhz bu tarixdə başa çatır.
Amerika alimləri isə əmindirlər ki, qədim mayyalar ümumiyyətlə dünyanın sonu barədə heç nə deməyiblər: "Mətbəxdə asılmış təqvimin dekabrın 31-də qurtarması isə vaxt sona çatmır. Mayyaların təqvimi 2012-ci il dekabrın 21-də başa çatmır. Həmin gün onlarda uzunmüddətli bir dövr başa çatır, lakin bunun ardınca yeni bir dövr başlayır. Yəni yanvarın 1-də yeni il başladığı kimi", deyə məlumatda qeyd olunur.
Qəetimizlə həmişə anonim şəkildə əməkdaşlıq edən, yəni adının çəkilməsini istəməyən mediumun sözlərinə görə, "2012-ci il haqqında çox yazılıb, müxtəlif dillərdə 30-a yaxın kitab dərc olunub, hətta film də çəkilib. Bütün bunlar insanların tələbatından, daha doğrusu, onların daxili suallarına cavab tapmaq istəyindən irəli gəlib. Son günlər bu dalğa daha sürətlə insanların beynini nəinki məşğul etməyə, deyərdim ki, hədsiz qorxutmağa başlayıb. Peşəmdən asılı olaraq təbii ki, ən müxtəlif təbəqələrdən mənə hər gün onlarla narahat müraciətlər olunur. Və mən də insanlarımızı narahat edən bu kimi suallara cavab vermək üçün bu məqaləni yazmaq qərarına gəldim...
2003-cü ildə başlayan Sutökən Erasına ayırmaq yaxşı olardı. İstənilən astronomik era başlayanda planetimizdə əsaslı dəyişikliklərin baş verməsi qaçılmaz olur. Çünki bir mənzili təmir etmək üçün mütləq otaqda nələrinsə yerini dəyişirik və belə məqamlarda köhnə əşyalar ya tullanır, ya da sındırılır. Üstündə yaşadığımız Yer də bir mənzil timsalında olduğu üçün qalaktik dəyişikliklər baş verəndə mütləq təbiət "rəndə" rolunu oynayır. Bu səbəbdən də müxtəlif qitələrdə baş verən təbii fəlakət və digər hadisələri məhz yuxarıda deyilənlərlə əlaqələndirməliyik. Məlumatsız olanlar üçün eraların yerdəyişmə mahiyyətini qısaca izah edirəm.
Balıqlar Erası 1991-ci ildə sona çatdı və yeni eraya yetişmək üçün 12 illik keçid dövrü yaşadıq. Bu keçid dövründə nələrin olduğunu çoxlarımız gördük. Elə ilk ildə (1991) dünya üçün böyük qorxu yaradan, nəhəng imperiya olan SSRİ dağıldı, Balıqlar bürcünün daşıyıcısı olan Mixail Qorbaçovu Sutökən bürcünün daşıyıcısı olan Boris Yeltsinin əvəzləməsi bu dəyişikliyi rəmzləşdirdi. Dünyamızda demokratik dalğa güclənməyə başladı. Sovet ordusu Əfqanıstandan çıxarıldı, Almaniya birləşdirildi, soyuq müharibə təhlükəsi sovuşdu, Şərqi Avropa ölkələri yeni reformaya keçdi və s. Dünyanın enerji mərkəzi - bütün bəşəriyyətə çox sahələrdə örnək olan Azərbaycanda ilk məxməri inqilab baş verdi (1992), xalqlar öz müqəddəratını özləri həll etməyə başladılar, kommunizmin əleyhinə yaradılmış NATO gücləndi və Şərqə doğru irəliləməyə başladı. Bu sırada planetimizi bürüyən məhəlli münaqişələr artsa da, qlobal müharibələrə son qoyuldu. 12 illik keçid dövründə dünyanın siması tamamilə dəyişdi, yeni dühalar, yeni zəkalar meydana gəldi. Fəlsəfi düşüncə tərəqqiyə çatdı, Allahla İblis arasındakı seçim konkretləşdi.
Bir sözlə, hər kəs öz yolunu tapdı. Köhnəfikirli insanlar, şər mücəssəmələri bu real inkişafın qarşısını almağa çalışsalar da, olsa-olsa, onun sürətini cüzi şəkildə ləngidə bildilər.
Nəhayət, 2003-cü ilin 16 fevralında yeni dövrü - Sutökən Erasını qarşıladıq. Nəzərinizə çatdıraq ki, yeni dövr təxminən iki min il davam edəcək və onun himayəsində dünyamıza İlahi Nur işıq saçacaq, Tanrıya yaxın olanlar daha da artacaq. Köklü dəyişikliklər də məhz ilk on ildə cərəyan etməlidir. Fikir versəniz, 2003-cü ildən bu yana nələrin baş verdiyini asanlıqla görə bilərsiniz. Ölkələri feodal əsarətində saxlayan, xalqlara zülm verən diktatorlar sıradan çıxırlar: Əfqanıstan, İraq, Fələstin, Acarıstan, Ukrayna, Gürcüstan, Qırğızıstan, Boliviya, Ekvador, 2011-ci ildən start götürən "ərəb baharı" və neçə-neçə digər ölkələr demokratik cəmiyyətə doğru ilk addımlarını atdılar. Göründüyü kimi bu proses sürətlə davam etməkdədir.
Yeri gəlmişkən, müqəddəs "Avesta"ya görə, Balıqlar Erasında şər xeyir pərdəsi altında gizlənir, pislə yaxşını, dostla düşməni ayırd etmək çətinləşir. Sutökən Erasında isə bu iki əkslik arasında ciddi sədd yaranır. İnsanlar Tanrıya daha da yaxınlaşır, xeyir işlər, ədalətli əməllər daha böyük yer tutur".
Natiq
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00