“Bakıda sərtləşdirilmiş karatin rejimində binaların qarşısında konteynerlər yerləşdiriləcək. Söhbət o binalardan gedir ki, onların binalarının qarşsıında məişət tullantılarının atılması üçün konteynerlər yoxdur”.
Unikal.org xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gündən həmin konteynerlərin yerlədşirilməsinə başlanılacaq.