“İnsanlar ticarət mərkəzlərinə daxil olandan sonra tibbi maskanı ciblərinə qoyurlar, nəzarətçini görən zaman isə tibbi maska taxırlar”.
Unikal.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı şəhər İcra Hakimiyyəti başçısı (BŞİH) Aparatının rəhbəri Elgin Həbibullayev bildirib.
BŞİH başçısı Aparatının rəhbəri qeyd edib ki, bu kimi hallara yol vermək olmaz: “Tibbi maskadan istifadə olunmasının zəruriliyini eşitməyən insan olduğuna inanmıram”.
E. Həbibullayev nəzərə çatdırıb ki, artıq çimərlik mövsümü də başlayır: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tövsiyəsinə əsasən 6 ictimai çimərlik hazırdır. Çimərlikdə də qaydalara riayət edilməlidir. Çimərlikdə bu məsələləri tənzimləyən bir insan olmalıdır”.