İcazə portalına adları daxil edilmiş şəxslər bundan sui-istifadə etməməlidir.
Unikal.org xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, həmin şəxslər başa düşməlidir ki, onlara verilən icazə işə gedib-gəlməsi üçün nəzərdə tutulub.
“Əvvəllər müşahidə edirdik ki, vətəndaşın işlədiyi yer başqa ünvanda, yaşadığı ünvan başqa yerdədir, amma nəqliyyat vasitəsi tamamilə başqa yerdə saxlanılıb. Məsələn, Binəqədi ərazisindən Səbailə getmək üçün Xətai rayonu ərazisinə gedir. Belə sui-istifadə hallarına yol vermək düzgün deyil”.