Azərbaycanda fəaliyyət göstərən məktəblərdən birində karantin qaydaları pozulub.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, dünən Ucar rayon Ağamusa Mustafayev adına Bərgüşad kənd 1 nömrəli tam orta məktəbin direktoru Səmədova Sevinc məktəbdə qapalı şəraitdə iclas keçirib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 10 nəfərdən artıq adamın toplaşması kütləvi hal hesab edilir. Bu da karantin qaydalarının pozulması hesab olunur və yolverilməzdir.