Qəbələ RLS-i yenə gündəmdə
11:20 30-11-2012
İQTİSADİYYAT
Qəbələ RLS-i yenə gündəmdə
Rusiyaya bu stansiya lazımdırmı?
Artıq bir ilə yaxındır ki, Azərbaycanla Rusiya Qəbələ RLS-i məsələsində ortaq məxrəcə gələ bilmirlər. Belə ki, Azərbaycan radiostansiya ilə bağlı xərcləri kafyət qədər artırıb, Rusiya isə bu stansiyanın hərbi baza statusunda olmasına çalışır. Nəticə də tərəflər hələ ki, ortaq mövqe tuta bilmir. Bir sıra ekspertlər də bildirir ki, ortaq mövqenin tapılmasıda kifayət qədər çətinləşib və məsələ yalnız prezidentlərin görüşü ilə mümkünləşə bilər. Bu arada Rusiya hərbiçiləri bəyan edirlər ki, ümumiyyətlə Qəbələ RLS-nə artıq Rusiyanın ehtiyacıda yoxdur.
"Qəbələdə yerləşən "Daryal" radiolokasiya stansiyası texniki olaraq köhnəlib və daha Rusiyanın raket hücumu haqqında xəbərdarlıq sistemləri üçün hər hansı bir maraq kəsb etmir.Bu sözləri Strateji Təyinatlı Raket Qüvvələrinin sabiq qərargah rəisi, general polkovnik Viktor Yesin səsləndirib: "Qəbələ RLS-in saxlanması ilə bağlı Azərbaycanda gedən danışıqlar ehtimal ki, nəticəsiz olacaq. Rusiya stansiyanın icarəsindən imtina edəcək, nəzə alsaq ki, o köhnəlib və təyin olunan müddəti keçib.
Generalın fikrincə, Qəbələ RLS-in icarə müddətinin uzadılması üçün heç bir məqsədəuyğunluq yoxdur. V.Yesin onu da qeyd edib ki, Krasnodar yaxınlığındakı Armavirdə artıq bir ildən çoxdur ki, istismara hazır yeni "Voronej -DM" RLS yerləşir. Onun parametrləri isə Qəbələ RLS-in Raket Hücumundan Xəbərdarlıq Sistemi eşelonundan çıxmağı kompensasiya edə bilər .Amma ekspertlər bildirir ki, bu açıqlama sadəcə olaraq siyasi xarakterlidir və Rusiya Qəbələ RLS-ni əldə etmək üçün gücünü səfərbər edib. Hərbi ekspert Üzeyir Cəfərli "Unikal"a bildirib ki, Qəbələ RLS-i Rusiya üçün strateji nöqtədir və verilən bu açıqlama mənasızdır. Onun sözlərinə görə Rusiya üçün Qəbələ RLS bir neçə səbəbə görə çox lazımdır. İlk növbədə ona görə ki, bu stansiya olmazsa Rusiyanın Azərbaycanda hərbi bazası olmayacaq. Rusiya isə heç bir halda bununla razılaşa bilməz. Digər tərəfdən Rusiya bu stansiyadan imtina edərsə ABŞ, NATO və ya İsrail müştəri kimi stansiyanı ələ keçirtməyə çalışacaq ki, buda Rusiyanın region siyasətinə ağır zərbə olacaq. Buna görə hesab etmək olar ki, Rusiya o halda stansiyadan imtina edəcək ki, bir daha orda hansısa baza olmasın. Amma iş orasındadır ki, stansiyadakı avadanlıqlar Azərbaycanın mülkiyyəti sayılır və Azərbaycan heç nədən bu avadanlıqları istifadəsiz qoymayacaq. Yəni Azərbaycanın imkanları var ki, bu stansiyanı başqa bir dövlətə icarəyə versin. Ekspertlər bildirir ki, bu stansiya həqiqətəndə artıq Rusiyaya lazım olmasaydı Azərbaycanla münasibətləri gərginləşdirməz, sərhəd bölgəsinə ordu birləşmələri yığmazdı. Ekspertlər bunu da bildirir ki, hazırda bir tərəfdən Rusiya Azərbaycana təzyiqlər göstərirsə, digər tərəfdən də stansiya ilə bağlı danışıqları davam etdirir. Qəbələ RLS həm də Rusiya üçün ona görə vacibdir ki, hazırda şərq dünyasına nəzarəti Rusiya məhz Qəbələ RLS vasitəsi ilə təmin edir. Qəbələ RLS-in yoxluğu isə faktiki Rusiyanın bölgəyə olan nəzarətinin itməsi deməkdir. Bundan başqa bildiyiniz ki, ABŞ və NATO qısa müddət ərzində şərqi Avropada radiostansiyalar və hava hucumundan müdafiə sistemləri yaratdılar. Bu isə bir başa Rusiya üçün məğlubiyyət sayılırdı. Bunun davamı olaraq NATO Türkiyədə də hava hucumundan müdafiə sistemi yaradır və buda Rusiyanın ciddi təpkisi ilə qarşılandı. Buna baxmayaraq Rusiya bu gün NATO tərəfindən üzük qaşı kimi əhatəyə alınıb. Belə olan halda Rusiyanın Qəbələ RLS-i kimi bir stansiyadan imtina etməsi faktiki mümkün deyil. Maraqlıdır, bəs Rusiya geri çəkilərsə NATO və ya başqa güclər bu stansiyaya sahib çıxa bilərmi? Ekspertlər hesab edir ki, ilk növbədə İsrail bu stansiyanın alınmasına maraqlı olacaq. Çünki İsrailə bu gün şərq dünyasını nəzaərtdə saxlamaq çox vacibdir və bu fürsəti əldən verməz. ən azından İsrail bu stansiyanı müasir avadanlıqlarla təmin etməklə ümumilikdə İran üzərində ki, nəzarətini gücləndirəcək. Ekspertlər hesab edir ki, İsrail kimi Türkiyədə bu stansiyanın alınmasına maraqlı olacaq və Türkiyəyə bu işdə NATO-da ciddi dəstək verə bilər. Hələlik isə rəsmi Kreml gözləmə mövqeyi tutub və ekspertlər hesab edir ki, gələn il stansiyanın taleyi bir dəfəlik həll olunacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00