Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 13-nə olan statistik göstəriciləri açıqlayıb.
Unikal.org xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 505 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 375 759 test aparılıb.