İspaniya La Liqasında XXVIII turun mübarizəsi davam edir.

Unikal.org çempionatın bərpasından sonra baş tutan ilk oyunlar çərçivəsində bu gün 4 görüş keçirilib.

Çempionatın lideri "Barselona" autsayderlər zonasında yer alan "Malyorka"nın qonağı olub. Kataloniya klubu matçın taleyini birinci hissədəcə həll edib. Fasiləyə qədər rəqibi 2 dəfə mərkəzə dəvət edən "Barsa" görüşün son dəqiqələrində daha 2 qolla fərqi 4 qola çatdıraraq, La Liqanın bərpasından sonrakı ilk oyunda darmadağınla qalib gəlib.

Günün digər görüşlərində əsasən turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar meydana çıxıblar.

Qeyd edək ki, tura iyunun 14-də keçiriləcək 3 oyunla ("Atletik" - "Atletiko" (16:00), "Real" - "Eybar" (21:30) və "Real Sosyedad" - "Osasuna" (00:00) yekun vurulacaq.