Ötən gün Bakı-Quba yolunda tıxac yaranıb. Buna səbəb Bakı, Sumqayıt və Abşeron sakinlərinin tətbiq olunacaq sərt karantin günləri ilə əlaqədar bu qaydanın keçərli olmadığı bölgəyə üz tutması idi.

Unikal.org xəbər verir ki, sərt karantin rejimi ilə əlaqədar yollarda yaranan tıxac səbəbindən sürücülər alternativ yoldan istifadə ediblər. Onlar torpaq yolla Bakıdan çıxıblar.