Meksikada polis tərəfindən öldürülən gənc futbolçu Aleksandr Qomez üçün dəfn mərasimi keçirilib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 9-da polisin silahla vurub öldürdüyü A.Qomez üçün dəfn mərasimi təşkil edilib.

Mərasimdə dostları Qomezin son qolunu “tabutu ilə vurublar”. Bundan sonra onlar gənc futbolçunun tabutunu qucaqlayaraq, onun “son qol”unu alqışlayıblar.

Qeyd edilir ki, polis Qomezi cinayətkarla səhv salaraq saxlamaq istədiyi vaxt futbolçu təslim olmayıb. Bu vaxt asayiş keşikçisi atəş açaraq onu öldürüb.