Qaradağ rayonu Səngəçal qəsəbəsində sərt karantin qaydalarını pozaraq çimərliyə gedən 8 nəfər müəyyən edilib.

DİN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb və onlar İnzibati Xətalar Məvəlləsinin müvafiq maddəsi ilə cəzalandırılıblar.