Xəbər verdiyimiz kimi, koronavirus pandemiyası ilə əlaqədar Bakıda 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək küçəyə çıxmaq qadağan edilib.
Unikal.org xəbər verir ki, bu səbəbdən paytaxt küçələri bomboş qalıb. Hal-hazırda Bakı küçələrində insana tək-tük halda rast gəlmək olur. Onlar da ya müvafiq icazəsi olanlar, ya da ev heyvanlarını gəzdirmək üçün küçəyə çıxanlardır.
Fotolar: Müzəffər İsmayılov