Kür çayının Tovuz rayonundan keçən hissəsində 2 nəfər batıb.
Unikal.org xəbər verir ki, çayın rayonun Hümanlılar kənd ərazisindən keçən hissəsində 2 nəfərin suda boğulduğu bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.