Tanınmış foto-jurnalist Fərman Bağırov koronavirusdan dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilir ki, o, bir neçə gün əvvəl səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya aparılıb.
F. Bağırov Əməkdar incəsənət xadimi, “Tərəqqi” medalı laureatı idi. O, uzun illər Milli Məclisin rəsmi mətbu orqanı “Azərbaycan” qəzetində çalışıb.