İyunun 14-ü saat 00.00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi başa çatıb.
Unikal.org-un məlumatına görə, bu müddətdə qeyd olunan şəhər və rayonların ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılmışdı (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).
Bundan başqa, əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilmişdi. Bununla yanaşı, bəzi zəruri sahələr üzrə fəaliyyətə icazə verilmişdi.
Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejimi 1 iyul 2020-ci il saat 00:00-dək uzadılıb.