İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Unikal.org  "Marca"ya istinadən xəbər verir ki, "Çelsi" portuqaliyalı hücumçunu transfer etmək istəyir.

London təmsilçisi 35 yaşlı forvard üçün Turin klubuna 120 milyon avro ödəməyə hazırdır. Daha əvvəl 2003-2009-cu illərdə "Mançester Yunayted"də çıxış etmiş təcrübəli oyunçunun Premyer Liqaya qayıtmaq istədiyi və bu səbəbdən mövsümün sonunda "qoca sinyora"dan ayrıla biləcəyi vurğulanıb.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayında 112 milyon avro qarşılığında İspaniyanın "Real Madrid" klubundan "Yuventus"a keçib.