Dünya alimlərindən həyəcan təbili: "Cari onillikdə son əsrlərin ən isti havası qeydə alınıb"
11:26 30-11-2012
CƏMİYYƏT
Dünya alimlərindən həyəcan təbili: "Cari onillikdə son əsrlərin ən isti havası qeydə alınıb"
Mais Güləliyev: "Növbəti yüz ildə də iqlim 1 və ya 1,5 dərəcə artsa, onda qurunun xeyli hissəi suyun altında qalacaq"
BMT-nin iqlim dəyişikliyi ilə bağkı konransında Arktikadakı buzların əriməsinin yeni rekord göstəriciyə çatdığı açıqlanıb. Qətərin paytaxtı Dohada 190 ölkədən olan ali nümayəndələr Kyoto protokolunun aqibətini müzakirə etdiyi bir vaxtda Ümumdünya Meteoroloji təşkilatının başçısı Mişel Jarro həyəcan təbili çalıb.
Jarro hesab edir ki, Arktika buzlarının sürətlə əriməsi Yer planetinin okeanları və biosferdə baş verən dəyişikliklərlə əlaqədardır. O bu tendensiyanı havada istixana qazların artması ilə izah edir.
"Bu tendensiya getdikcə daha təhkükəli olur. Buna əyani sübut olaraq, qlobal istiləşmə hesabına Arktika buzlaqlaırın əriməsini misal göstərmək olar", - deyə Ümumdünya Meteoroloji təşkilatının başçısı Mişel Jarro bildirib.
Statistikalar göstərir ki, cari onillikdə, son əsrlərin ən isti havası qeydə alınıb. Həmin vaxt kəsiyində torpaq səthinin qlobal temperaturu 1961-1990-cı illərdə qeydə alınmış orta temperaturdan 0.45 dərəcə artıq olub.2012-ci il isə orta temperatura görə ən isti illərin onluğuna düşüb.
İqlim dəyişiklikləri sadalanarkən, qasırğa və tufanların gücünün artdığı bildirilir. Atlantik okeanda qasırğa mövsümü ard-arda 2-ci ildir ki, aktiv şəkildə keçir. 2 il ərzində adı çəkilən Atlantik okean sularında 19 güclü fırtına baş verib ki, onlardan 10-u sonradan qasırğaya çevrilib.
Qətərdə keçirilən beynəlxalq Konfransda, alimlər qeyd edib ki, Yer kürəsi səthinin ortaillik temperaturu, tam şəkildə BMT proqnozlarına uyğun gəlir və atmosferdə karbon qazının artması ilə əlaqədar, istiləşmə effekti 3-dəfə güclənib. Alimlərin bu göstəricilərin heç də şişirdilmiş rəqəmlərdən ibarət olmadığına inandırmağa çalışır. Atmosferi ən çox çirkləndirən istixana qazları aviasiya və sənaye tərəfindən havaya buraxılır.
Azərbaycan Yaşıllar Partiyasının sədri, tanınmış ekoloq Mais Güləliyevin sözlərinə görə, "Qətərdə keçirilən beynəlxalq toplantı bu mənada haqlıdır ki, qarşıdakı yüz ildə planetdə iqlimin 2 dərəcə istilşməsi, həqiqətən də, fəlakətə gətirib çıxarda bilər. Həm qütblərdəki buzlaqların əriməsi, həm Rusiyanın tayqasında müəyyən bataqlıqların əmələ gəlməsi, həm də dünya okeanında suyun səviyyəsinin qalxması planet üçün xoşagəlməz perspektivlər vəd edir. Dünya okeanının səviyyəsi qalxarsa, təkcə Amerika qitəsində xeyli ərazi suyun altında qala bilər. Göründüyü kimi, vəziyyət olduqca ciddidir. Amma alimlər bunu hələ də səmimi şəkildə etiraf etməsələr də, dünya yaşılları çoxdandır ki, həyəcan təbili çalırlar. Bu faktdır ki, qlobal istiləşmə ciddi xarakter almaqdadır. Alimlər ümumi şəkildə ancaq iqlimin dəyişilməsindən danışırlar. Bu, fəsillərin orta temperaturunun qalxmasında da özünü büruzə verir. Ciddi fəlakətlərə səbəb olan təbiət hadisələri də getdikcə çoxalmaqdadır. Fırtınalar, yanğınlar, daşqınlar, əkin üçün münbit ərazilərin səhralaşması və yaxud güclü şəkildə lokal yağıntılar daha da intensivləşməyə başlayıb. Yəni praktik olaraq Yer kürəsində iqlim dəyişilir. Son yüz il ərzində planetdə iqlim bir dərəcəyə qədər yüksəlib. Növbəti yüz ildə də iqlim 1 və ya 1,5 dərəcə artsa, onda qurunun xeyli hissəsi suyun altında qalacaq. Cənub qütbündə buzlaqlar daha sürətlə əriyir. Bu ərimə prosesini indiki sivilizasiyanın xarakteri ilə əlaqələndirirlər. Daha doğrusu, nefr və qaz ehtiyatlarının kütləvi şəkildə yandırılması ilə. İş burasındadır ki, karbohidrogen yanacağınınn yanması nəticəsində atmosferin yuxarı qatında toplanan qazlar planetdə istiliyin yüksəlməsinə gətirib çıxardır və "istilikxana effekti" deyilən hadisəni törədir. Ona görə də hazırda bütün dünya dövlətləri əsas diqqətlərini "istilikxana effekti"nin azaldılmasına yönəldiblər".
Ekoloqun sözlərinə görə, "Ən ciddi problem burasındadır ki, planet insanı yaratdığı fəlakətli problemlərin miqyasını və təhlükəsini ciddi şəkildə anlamır, anlasa da, bunları aradan qaldırmaq üçün atdığı addımlar yetərli deyil. Belə görünür ki, ayrı-ayrı alimlərin və yaxud alimlər qrupunun səyləri yetərli deyil, bütünlükdə planetar şüur dəyişilməlidir ki, təbiətə daha həssas və daha qayğıkeş münasibət yaransın. Bu dəyişikliyin qarşısını alan ən qorxulu maneə isə dövlətlərin yürütdüyü siyasətlərdir. Yaxın illərdə dünya dövlətləri arasındakı siyasi münasibətlərin xakateri və prinsipləri dəyişilməsə, planetdə həyatın məhvi qaçılmaz olacaq".
Adil
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27