“Bavariya” klubu ardıcıl 8-ci dəfə Almaniya çempionu olub.
Unikal.org xəbər verir ki, Münhen təmsilçisi buna Bremendə “Verder”ə 0:1 hesablı qələbəsi sayəsində nail olub.
Qalib klubun yeganə qolunu isə Robert Levandovski (dəq. 43) vurub.
“Bavariya” 32 matçda 76 xal toplayıb.
İkinci pillədə 66 xalı olan Dortmundun “Borussiya” klubu turnir cədvəlində Münhen klubuna çatmaq şansını itirib.
Nəticədə “Bavariya” vaxtından əvvəl çempionluğu əldə edib.