Dünən "Neftçi" klubunun futbolçularını daşıyan avtobus qəzaya düşüb. Qəzanın baş verməsinə səbəb sağ zolaqda hərəkət edən taksi sürücüsünün məsafəyə əməl etməməsi olub. Tərəflər arasında mübahisə düşüb və mübahisə böyüyərək yumruq davasına çevrilib.
Hadisə ilə bağlı "Neftçi" klubunun mətbuat katibi Rüstəm Allahverdiyev Unikal.org-a açıqlama verib:
"Dava "Neftçi"nin futbolçularını daşıyan avtobusu idarə edən şəxslə taksi sürücüsü arasında baş verib. Davaya səbəb taksi sürücüsünün təhqiramiz ifadələr işlətməsi, söyüş söyməsidir.
Günah onda olduğu halda , hətta polis əməkdaşının gözü qarşısında özünü haqlı çıxarmağa çalışırdı. Halbuki, bizim klubun avtobusunun sürücüsü bir az sərişdəsiz olsaydı dəhşətli qəza baş verə bilərdi. Xoşbəxlikdən xəsarət alan olmayıb".
Aygün İlqarqızı