UEFA superkubokunun yeri və vaxtı müəyyənləşib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ali futbol qurumu Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında baş tutacaq həlledici matçın sentyabrın 24-də keçirilməsinə qərar verib. Qarşılaşma Macarıstanın Budapeşt şəhərində oynanılacaq.

Qərarın UEFA İcraiyyə Komitəsinin bu gün avrokuboklarla bağlı keçirəcəyi iclasda rəsmən açıqlanması gözlənilir.