"Neftçi" Baqali Dabonu sosial şəbəkədəki davranışına görə cərimələyib.
Unikal.org xəbər verir ki, klub rəhbərliyi futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub. Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək.
Qeyd edək ki, Dabonun həyat yoldaşı onun "Qarabağ" forması ilə videosunu paylaşıb.