İngiltərə Futbol Liqası (EFL) növbəti koronavirus testlərinin nəticələrini açıqlayıb.

Unikal.org-un EFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Çempionşipdəki 24 klubun 2213 nümayəndəsindən analiz götürülüb. Onlardan 8-də nəticə müsbət olub. Adları açıqlanmayan həmin şəxslərin hamısı özlərini təcrid edib. 

Qeyd edək ki, Çempionşipdə mövsüm iyunun 20-də bərpa olunacaq. Daha əvvəl iyunun 11-də 6 nəfərdə koronavirus aşkarlandığı açıqlanıb.