"Son zamanlar xüsusən Ermənistanın Baş Naziri Nikol Paşinyanın Baş Nazir postuna gəldikdən sonra ölkədə xaos, monarxiyanın, o cümlədən, Ermənistan iqtisadiyyatının çökməsi hələ də davam edir. u günə kimi Paşinyan yalnız və yalnız sərsəm bəyanatları və əqidəsiz idarəçiliyi ilə yadda qalmışdı".
Bunu Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat bildirib ki, dünyada tüğyan edən yeni növ COVİD-19 infeksiyasına qarşı mübariz tədbirləri çərçivəsində bir daha aşkar oldu ki, Ermənistan çox zəif dövlətdir:
"Ümumiyyətlə, Ermənistan vətəndaşı, Ermənistan dövləti üçün heç də maraqlı deyil. Və günbəgün ölkədə yoluxanların və ölənlərin sayı durmadan artır. Həmçinin də, bəzi media qurumları bildirir ki, əslində Ermənistanda virusa yoluxanların və ölənlərin sayı çoxdur. Lakin bu gizli saxlanılır. Son Parlamentdəki mübahisələr və Rusiyaya meyilli siyasətçi Darukyanın həbs olunması bir daha Ermənistanda yaxın zamanda daha kəskin vətəndaş dalğasının baş verəcəyinə işarətdir. Çox güman ki, orada növbəti dövlət çevirilişlərinə cəhdlər olunacaq. Çünki erməni xalqı da bugünkü Ermənistan hökumətinin idarəçiliyindən heç də məmnun deyil. Bir daha vurğulamaq istəyirəm ki, Ermənistan durmadan tənəzzülə uğrayır. Bununla əlaqədar, dünən bildiyimiz kimi, Azərbaycan-Dağıstan sərhədində xoşagəlməz hal baş vermiş və burada azərbaycanlı vətəndaşlara qarşı Rusiya polis orqanları tərəfindən qarşıdurma olub. Bəzi vətəndaşlarımız ölkəyə qayıtmaq üçün bir neçə gündür ki, artıq oradadırlar. Amma bütün hesablamalar aparılır. Bildiyimiz ki, bu günə qədər 20 mindən çox vətəndaş gətirilib. O cümlədən, bunların 4 minə yaxını Rusiyada olan vətəndaşlarımızdır. Dağıstandakı qarşıdurmanın pərdəarxası da mövcuddur. Orada hiss olunur ki, hansısa qüvvələrin bu işdə böyük maraqları var. Və sanki Ermənistanda baş verən hadisələrin beynəlxalq fonda qalmağı niyyətilə bu işlər həyata keçirilib. Burada hansısa qüvvələr Dağıstanda qızışdırıcı mövqedə durmuş və nəticə etibarı ilə insident də yaranmışdır. Təbii ki, Azərbaycan dövləti hər bir Azərbaycan vətəndaşı üçün mübarizə aparır və bundan sonra da aparacaq. Çox güman ki, orada ermənipərəst qüvvələr bu işə öz töhfəsini verərək, qarşıdurmanın yaranmasına səbəb olmuşdur. Və bundan da məharətlə istifadə edən, eyni zamanda bizim daxilimizdə olan və hər zaman ermənipərəst mövqeyindən çıxış edən Milli Şura və onun ətrafındakı hansı ki, milli ünsürlər bununla da şou yaratmağa çalışdılar. Ermənistan hakimiyyəti ilə birgə əlbir olaraq orada yaranmış insidenti daha çox qabartmışlar. Halbuki, Ermənistanda ictimai-siyası vəziyyət bu gün dərin böhran yaşayır. Və bundan sonra gələcəkdə göstərir ki, bu böhran daha da dərinləşəcək. Buna görədə, o ermənipərəst qüvvələrin çalışdığı və uzun müddət ölkəmizə qarşı apardıqları çirkin siyasətin bir hissəsi kimi qiymətləndirilir".
Gülayə Mecid