Xankəndi hava limanı yenə gündəmdə
12:29 01-12-2012
İQTİSADİYYAT
Xankəndi hava limanı yenə gündəmdə
Ziddiyətli açıqlamalar davam edir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Məmmədyarov Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirib.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort regiona səfəri ilə bağlı öz mülahizələrini bölüşüb.
Görüşdə regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb, regional əhəmiyyətli enerji layihələrindən bəhs olunub. Həmçinin Azərbaycanın Avropa üçün əhəmiyyəti vurğulanıb.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir bildirib ki, Ermənistan ATƏT-in Minsk qrupunun təkliflərini qəbul edirsə, böyük sülh sazişini imzalamağa razılaşmalıdır. Məmmədyarov, həmçinin Filip Lefortun diqqətinə çatdırıb ki, Xocalı hava limanı işə salınacağı və uçuşlar həyata keçiriləcəyi təqdirdə, sülh prosesinə ciddi zərbə vurulacaq. Nazir Aİ rəsmisinə xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də bu mövqedən çıxış edirlər.
Elmar Məmmədyarov qeyd edib ki, münqaişənin həlli üçün əsas problem Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərində mövcudluğudur.
Filip Lefort davamlı sülhün əldə olunması üçün iki icma arasında təmasların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Bu arada Xankəndi aeroportu yenidən müzakirə mövzusu olub. "Aeroportla bağlı tərəflər arasında sıx təmaslar saxlayırıq"
ATƏT-in Baş katibi Lamberto Zanyer Xankəndi aeroportu ilə bağlı qalmaqala münasibət bildirib. ATƏT rəsmisi "BBC Azərbaycanca"ya verdiyi müsahibədə bölgədəki vəziyyətdən söz açaraq Xankəndi hava limanı ilə bağlı təşkilatın rəsmi mövqeyini bir daha bəyan edib. Lamberto Zanyer Azərbaycan tərəfinin qarşı çıxdığı aeroportun istifadəyə verilməsinin müəyyən səbəblərinin olduğunu deyib.
"Hazırda hər iki tərəflə bir çox məsələlər üzrə təmas saxlanılır. Mən aeroportun açılmasının səbəblərini başa düşürəm. Dağlıq bölgədə kommunikasiya problemi var. Əhali daha yaxşı səyahət etmək istəyir.
Aeroprtun açılması həssas məsələdir. Bu məsələ qeyri-sabitlik, insidentlər yarada bilər və sözsüz ki, mühiti yaxşılaşdırmaycaq. Mən bu məsələdə Minsk Qrupu həmsədrləri ilə tam razılaşır və onları tam dəstəkləyirəm. Vəziyyətdən çıxış yolu tərəflərin çözümə cəlb olunmasından keçir. Və bizi əmin ediblər ki, bu istiqamətdə atılacaq hər-hansı addım daha çox problem və gərginlik yaratmayacaq".
"Xankəndi aeroportu məsələsi süni şəkildə yaradılan qalmaqaldır". Bu sözləri isə ATƏT-in Minsk qrupunun sabiq həmsədri, səfir Vladimir Kazimirov İrəvanda jurnalistlərlə görüşündə deyib: "Mənim fikrimcə məsələ ziddiyyətlidir. Bir tərəfdən bu, insanların təbii fəaliyyət hüquqlarıdır və bu haqqın pozulmasına səbəb olan istənilən addım, əlbəttə, qınanılmalıdır. Digər tərəfdən isə bütün bunlar münaqişə şəraitində baş verir".
Onun sözlərinə görə, münaqişə olmasaydı, bu məsələlər də yaranmazdı: "Hətta münaqişənin aktiv dövründə belə biz uçurduq, mən özüm dəfələrlə vertalyotla Dağlıq Qarabağa uçmuşam. Düzdür, biz həmsədrlər idik, ən azından həmin aerodromdan istifadə etməyimiz o vaxtlar heç bir etiraz doğurmurdu. Hava yolundan təkcə biz istifadə etmirdik və bu, heç bir etiraza səbəb olmurdu". Bunu da qeyd edək ki, hazırda hava limanının fəaliyyətə başlaması üçün Azərbaycana müxtəlif formada təzyiqlər edilir.Bu arada ABŞ-in Ermənistandakı səfirinin açıqlamasını da yada salmaq lazımdır. Səfir bəyan etmişdi ki, hava limanından mülkü təyyarələr istifadə edən zaman Azərbaycan tərəfi güc tətbiq etməməlidir. Bu isə o deməkdir ki, hava limanının fəaliyyətinə ATƏT loyal yanaşacaq. Azərbaycan tərəfinə gəldikdə isə bildirilir ki, hava limanından istifadə yol verilməzdir və buna qarşı ən sərt addımlar atılacaq. Hətta hərbi yoldanda istifadə olunacağı söylənilir. Bu məsələdə Türkiyədə Azərbaycana dəstək oldu. Belə ki, Türkiyə bəyan etdi ki, hava limanı istifadəyə verilərsə Türkiyə hava məkanını Ermənistanın üzünə bağlayacaq. Bu isə faktiki Ermənistanın çöküşü deməkdir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00