Bu günə olan məlumata görə, Vəkillər Kollegiyasının üzvü olan iki vəkil COVİD-19-a yoluxub.
Unikal.org-un məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, vəkillərin hər ikisi ilə telefonla danışıb:
"Vəkil Çimnaz Eyubova ilə bir az olar ki, danışdım. Onun sağlamlıq durumu kafidir, ev şəraitində müalicə olunur. Çimnaz xanım təcrübəli vəkildir. O, 20 ildən çoxdur ki, VK-nin üzvüdür, mübarizdir, güclü iradəyə malikdir. Onun bu xəstəliyə qalib gələcəyinə əminəm".