"Nadir hər zaman evdə olub. Bəzi kişi ifaçılar var ki, onlar məndən o xüsusiyyəti götürür".
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Hüseynova bacıları" verilişində deyib. Sənətçi kişilərə məsləhət verib:
"Toydan, konsertdən çıxıramsa, düz evə gedirəm. Qadın və ya kişi əgər evlidirsə, işdən sonra birbaşa evə getməlidir. Bütün qadınlara arzulayıram ki, əriniz düz evə gəlsin".
Sənətçi bayağı mahnılardan söz açıb. O, "Tamaşaçının zövqünü biz korlayırıq. Çıxırıq efirə, nə oxuyuruq, onu dinləyirlər" deyə, bildirib.