Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan və günəmuzd işləyən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı birdəfəlik ödənişi alan vətəndaşlar sosial şəbəkədə paylaşıb. Bildirilib ki, artıq məvaciblər bu statusa uyğun şəxslərin bank hesablarına köçürülməyə başlayıb.
Qeyd edək ki, ümumilikdə 16 şəhər və rayon üzrə 287 min nəfərə ödənişin həyata keçirilməsi planlaşdırılıb və bu məqsəd üçün 55 milyon manat vəsait ayrılıb.