Paytaxtın Nizami rayonunda xüsusi karantin qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Bu barədə Unikal.org-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsində toplanmış matereallar rayon məhkəməsinə göndərilib. Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535 və 211-ci  maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.