Çinin müxtəlif bölgələrində yağan güclü yağış nəticəsində yaranan sel fəlakəti tarixi binalara ziyan vurub.
Unikal.org xəbər verir ki, Anhui əyalətinin Huanqşan şəhərində baş verən sel fəlakəti zamanı Min sülaləsi (1368-1644) dövründə inşa edilmiş 480 illik “Zhenhai” körpüsü Xinan çayının sel sularına tab gətirə bilməyərək çöküb.
Qeyd edək ki, bazar ertəsi axşamından bəri davam edən güclü yağış bölgədə daşqınlara səbəb olub.