Bu il Çində keçirilməli olan beynəlxalq yarışlar baş tutmayacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Koronavirus pandemiyasında görə bu ilə planlaşdırılan beynəlxalq idman tədbirləri ləğv olunub.
Yalnız 2022-ci ildə Çinin paytaxtı Pekində təşkil olunacaq Qış Olimpiya Oyunlarına seçmə yarışlar ləğv edilməyib. Həmin turnirlərin taleyinə sonradan aydınlıq gələcək.