Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 28 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 28 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 4 087 nəfərə çatıb. İyulun 9-na olan məlumata görə, Moskvada 227,4 minə yaxın koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, paytaxtda 162 mindən çox xəstə sağalıb.