Qazaxıstanda xaricilərə torpaq satılmayacaq.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Prezidenti Kasım-Jomart Tokayev  hökumətin geniş tərkibli iclasında bildirib.

Hələ 2016-cı ildə Qazaxıstanın o zamankı Prezidenti Nursultan Nazarbayev Torpaq Məcəlləsinə xaricilərə kənd təsərrüfatı torpaqlarının satılması və ya icarəsinə dair dəyişikliklərin moratoriumunu 2021-ci ilə qədər uzadılması haqqında qanun imzalayıb. 

“Torpaq Məcəlləsinin bəzi müddəalarına moratorium 2021-ci ildə bitəcək. Biz bu məsələ ilə bağlı qəti qərar verməliyik. Əsas problemi müəyyən etmişik.Torpaq xaricilərə satılmır. Biz bu məsələyə qayıtmayacağıq”, - deyə Tokayev bildirib.