Rusiyada son sutka ərzində daha 6 635 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 713 936 nəfərə çatıb. Son sutka ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 11 017 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 489 068 nəfərdir. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.