İtaliyada qadın sürücü avtomobilini inanılmaz sürətlə sürdüyü üçün cərimələnib.

Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Ankona vilayətində baş verib.

Bildirilir ki, kamera “Ford Focus”un saatda 703 kilometr sürətlə hərəkət etdiyini qeydə alıb.

Yerli polis kamerada nasazlıq ola biləcəyi ehtimalını nəzərə almadan qadına sürət həddini 10 dəfə aşdığı üçün 850 avro (1 635 AZN) cərimə yazıb.

Yerli avtomobil yolları komitəsinin rəhbəri isə qadına cəriməni ödəməməyi məsləhət görüb və bildirib ki, o, təzminat üçün məhkəməyə müraciət etməlidir.