Bolqarıstanın paytaxtı Sofiyada cari prezidenti dəstəkləmək məqsədilə hökumətəleyhinə etirazlar başlayıb.

Unikal.org yerli KİV-ə istinadən xəbər verir ki, ölkə başçısı Rimen Radevi dəstəkləmək məqsədilə aksiyalarda yüzlərlə insan iştirak edib.

Qeyd edək ki, dünən prokurorluğun, DİN-nin və şahidlərin müdafiəsi bürosunun əməkdaşları Sofiya hərbi məhkəməsinin və İxtisaslaşmış cinayət məhkəməsinin qərarı ilə Prezident administrasiyasında axtarış aparıblar.

Axtarışlar prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri İlya Miluşevin və hüquq və antikorrupsiya məsələləri üzrə katibi Plamen Uzunovun də kabinetində aparılıb. Sonra hər ikisi “nüfuzları ilə ticarət”də ittiham olunaraq həbs ediliblər. Həmçinin məşhur iş adamı Plamen Bobokov da saxlanılıb.

Prezident isə öz növbəsində hesab edir ki, bu cür tədbirlərə səbəb onun hökumət və prokurorluğun ünvanına tənqid səsləndirməsidir. O, administrasiyanın meydanında toplananların qarşısında çıxış edərək bildirib ki, icraedici hökumət və prokurorluqdan mafiyanı qovmaq lazımdır.