Türkiyəli aktyor Ozan Güvənin şiddətinə məruz qaldığını deyən Dəniz Bulutsuzun hadisədən 6-7 saat sonra çəkilən görüntüləri ortaya çıxıb.
Unikal.org yerli KİV-ə istinadən xəbər verir ki, Bulutsuzun qollarında, ayaqlarında və üzündəki yaralar Türkiyə mediasında heyrət doğurub. Bir saatdan çox döyüldüyünü deyən Dəniz Bulutsuz bildirib ki, qorxusundan hadisədən yalnız 5 gün sonra aidiyyatı qurumlara şikayət edib. Fotolar gündəmi dəhşətə gətirsə də, aktyor Ozan Güvən iddiaları hələ də rədd edir.