İstiləşmə prosesinə girdiyimiz günlərdə kondisioner istifadəsi daha da artıb.
Unikal.org xəbər verir ki, mütəxəssislər, ofis mühitləri, ictimai nəqliyyat, ticarət mərkəzləri kimi dolu mühitlərdə kondisionerlərdən yayılan müxtəlif virusların olduğunu diqqətə çatdırıb.
Türkiyəli mütəxəssis Dr. Əli Metin Görgüner, kondisionerlərdən yayılan havanın Covid-19 virusunun yayılmasına səbəb olduğunu və Legionnaires (Legionlar) xəstəliyinin bir növü olduğunu açıqlayıb. Belə ki, sətəlcəm xəstəliyinə səbəb olan olan bakteriyalar təmizlənməmiş kondisioner filtrlərində çoxaldıldığını, koronavirus əlamətləri daşıya bilən simptomların yaranamasına şərait yaratdığını bildirib.
“Lazımi bir temperaturda çoxalmış və ətraf havaya yayılan çirkli kondisioner filtrlərində böyüdülən bakteriyaların səbəb olduğu sətəlcəm xəstəliyi olan legionerlərin, Covid-19 virusuna bənzər simptomlar göstərir”- deyə Professor Dr. Görgüner qeyd edib.