İtaliyanın Baş Naziri Cüzeppe Konte ölkədə 31 iyul tarixindən sonra fövqəladə vəziyyət rejiminin uzadılacağını istisna etməyib.
Unikal.org “Reuters”ə istinadən xəbər verir ki, hökumət rəhbəri fövqəladə vəziyyət rejiminin uzadılmasının İtaliyanın lazımi tədbirləri görməsinə imkan verəcəyini deyib.
Qeyd edək ki, bu günə qədər İtaliyada 240 mindən çox insan koronavirusa yoluxub, 34 926 nəfər vəfat edib.