Boliviya Prezidenti  Jeanine Anez koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, rəsmi sosail media hesabından açıqlama verən, 53 yaşlı xanım prezident koronavirus test nəticəsinin müsbət olduğunu bildirib.

“Biz birlikdə qalib gələcəyik” deyən Anez sağlamlığının qaydasında olduğunu və karantinə alındığını qeyd edib. Bildirək ki, Boliviyada səhiyyə naziri də daxil olmaqla 7 nazirin koronavirusa yoluxub.  Dövlət başçısının da bu şəxslər tərəfindən yoluxduğu bildirilir.