“Kurtlar Vadisi” serialında canlandırdığı “Memati” obrazı ilə hərkəsin sevgisini qazanan Gürkan Uygun yeni seriala transfer olub.
Unikal.org xəbər verir ki, 46 yaşlı sevilən aktyor “TRT1”in yeni tarixi serialı “Nizamı Alem”in heyətinə daxil olub. Gürkan Uygun burada “Hasan Sabbah” adlı tarixi obrazı canlandıracaq.
Xatırladaq ki, Gürkan Uygun “Kurtlar Vadisi”, “Kaçak”, “Kehribar”, “Muhteşem Yüzyıl”, “Payitaht: Abdülhamid” kimi məşhur seriallarda tamaşaçı qarşısına çıxıb.