İngiltərədə Parlamentin Lordlar Palatası paytaxt Londondan Yorka köçürülür.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə hökuməti Lordlar Palatasının Londondan York şəhərinə köçürülməsi barədə açıqlama verib. Hətta Lordlar Palatasının üzvü olan bir çox yüksək vəzifəli şəxsin York şəhərində ev axtarmağa başladığı da bildirilib. Britaniya mediasına görə, iki həftə ərzində nazirliklər paytaxt Londondan köçürülmüş olacaq.

Qeyd edək ki, Lordlar Palatasının köçmə qərarı yanvar ayında Baş nazir Boris Conson tərəfindən irəli sürülmüşdü.