İvanişvili-Saakaşvili qarşıdurması dərinləşir
12:48 05-12-2012
CƏMİYYƏT
İvanişvili-Saakaşvili qarşıdurması dərinləşir
Gürcüstanda qərbyönümlü mövqeyi ilə seçilən Mixail Saakaşvili hakimiyyətinin parlament seçkilərinə devrilməsindən sonra hakimiyyətə gələn yeni rəhbərlik ciddi kadr islahatlarına başladı. Belə ki, mətbuatda dəfələrlə Rusiyanın adamı kimi qələmə verilən Bidzina İvanişvilini hakimiyyətə gələr-gəlməz Saakaşvilinin qurduğu komandanı dağıtmağa müvəffəq oldu.
Hətta, Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilinin və digər yüksək vəzifələri məmurların həbsi ölkədə böyük səs-küy yaratdı. Bir çox politoloqlar hesab edirlər ki, Bidzinanın seçdiyi yeni strategiya sovet ənənələrini əks etdirir və Gürcüstanın qurduğu demokratik prinsiplərə ziddir. Doğurdanmı Bidzina Rusiyanın ənənəvi taktikasından istifadə edir? Bütün bunların arxasında Rusiyanın maraqları varmı?
Gürcüstan parlamentinin yeni üzvü, azərbaycanlı deputat Əli Məmmədov təmsil etdiyi İvanişvili hakimiyyətinin apardığı kadr islahatları və o cümlədən, Saakaşviliyə qarşı yönələn təqiblərlə bağlı Saakaşvilinin komandasında həyata keçirilən həbslərə toxunaraq bunun sovet ideologiyası ilə heç bir əlaqəsi olmadığını bildirib. Onun özlərinə görə, Gürcüstanın yeni hakimiyyətinin Saakaşviliyə qərəzli münasibəti yoxdur.
"Yeni hakimiyyətin başlatdığı kadr islahatları demokratik prinsiplərə zidd deyil. Necə olar ki, cinayətkar insanlar vəzifə tutsunlar? Bidzina İvanişvilinin əsas məqsədi ondan ibarətdir ki, öz vəzifə borclarını layiqincə yerinə yetirməyən məmurları sistemdən uzaqlaşdırılsın. Saakaşvili hakimiyyəti zamanı təyin olunan nazirlərin və yüksək vəzifəli məmurların həbs olunması və tutduqları postlardan uzaqlaşdırılması digərləri üçün də bir nümunədir. Bu hesab edirəm ki, doğru addımdır. Hakimiyyəti hər zaman cinayətkarlardan təmizləmək lazımdır", -deyə Ə.Məmmədov qeyd edib.
Gürcüstan parlamentinin üzvü həmçinin bildirib ki, hökumətin prezidentin xərclərinin artırılması ilə bağlı qərarı ədalətlidir.
"Belə bir kasıb dövlətdə bu qədər xərclərin olması təbii ki, artıqdır. Prezidentin xərclərinin azaldılması doğru addımdır. Bu o demək deyil ki, Bidzina Saakaşvili dönəmində çalışan bütün məmurları işdən çıxardılacaq. Vicdanla işləyən professional kadrları kiminsə ixtiyarı yoxdur işdən çıxarsın. Cinayətkar məmurlar cəzalarını çəkməlidirlər".
Borçalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədlinin sözlərinə görə, "Parlament seçkilərindən sonra hazırda Gürcüstanda baş verən proseslər ortastatistik azərbaycanlının çətin qavraya biləcəyi bir tərzdə və məcrada davam etməkdədir. Bu anlaşılmazlığın başlıca səbəbi də budur ki, artıq bu dəfəki parlament seçkilərindən sonra Gürcüstanda demokratik dəyərlərin tam şəkildə cəmiyyətdə bərqərar olması və oturuşması prosesi dönməz xarakter almağa başlayıb. Və eyni zamanda bu ölkədə konstitusion normalar əsasında hakimiyyət dəyişikliyi baş verməkdədir. Siyasətin isə adi qaydasıdır ki, kimsə kimisə sıxışdıracaq, qara piar kampaniyası baş alıb gedəcək və bunların hamısı normal siyasi prosedurlardır. Bundan isə narahat olmağına dəyməz".
Zəlimxan Məmmədli hesab edir ki, "Bəzilərinin proqnozlaşdırdığı kimi, Gürcüstan prezidenti Mixail Saakaşvilinın yeni baş nazir İvanişvili tərəfindən sıxışdırılıb hakimiyyətdən uzaqlaşdırılacağı qeyri-mümkün bir variantdır. Gürcüstanın reallıqlarına kifayət qədər bələd olmayan analitiklər bu cür versiyalar irəli sürə bilərlər. Prezident Saakaşvili Gürcüstan qanunlarının müəyyən etdiyi müddətdə hakimiyyətdə qalacaq və bundan sonra öz postunu sivil şəkildə təhvil verəcək. Bununla belə güman edirəm ki, bu müddətdə İvanişvilinin komandası ilə Saakaşvilinin başçılıq etdiyi siyasi qurum arasında yetərincə gərgin hadisələrin şahidi olacağıq. Bu da siyasi proseslərin elementar qaydasıdır. Hətta proqnozlaşdırdığım mümkün gərginliklər Azərbaycan kriteriyaları baxımından xeyli xoşagəlməz təsir bağışlaya bilər. Çünki bizdəki siyasi proseslər tamamilə arxaik formada inkişaf etdiyindən oradakı hadisələri tam şəkildə anlayıb dəyərləndirməyimiz bir qədər çətin olacaq".
Birlik sədrinin sözlərinə görə, "Bununla belə, Saakaşvili-İvanişvili qarşıdurması nə qədər dərinləşsə də, bu komandalardan heç biri Gürcüstanın dövlətçiliyinə xəyanət edə bilməz və bu, mümkün də deyil. Mən gürcüstan mühitinə yaxşı bələdəm və bu xalqı gözəl tanıyıram. Sabah Gürcüstana qarşı hər hansı bir xarici müdaxilə başlayarsa, bu gün düşmən kimi davranan bu siyasətçilər birləşib öz vətənlərinin müdafiəsinə qalxacaqlar".
Savalan
Digər Xəbərlər
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00
2024-11-22 14:56:00
2024-11-22 13:04:28
2024-11-22 12:51:54
2024-11-22 12:37:06
2024-11-22 12:34:00
2024-11-22 12:30:59
2024-11-22 11:53:03