Türkiyədə son gündə ərzində daha 21 nəfər koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 344 nəfərə çatıb. Son sutkada qonşu ölkədə COVID-19-a 1 016 yoluxma qeydə alınıb. Hazırda Türkiyədə koronavirusa yoluxma hallarının sayı 211 981-dir.
Bu gün 1 344 pasiyent sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə koronavirusdan sağalan pasiyentlərin sayı 193 217 nəfərə çatıb.