Polşada prezident seçkilərin ikinci mərhələsi başlanılıb.
Unikal.org xəbər verir ki, seçkinin birinci turu, iyunun 28-də keçirilmiş, hakim Mühafizəkar Hüquq və Ədalət Partiyasının (PİS) dəstəklədiyi Andrzej Duda və Sol Liberal və Yaşıllar (PO) tərəfindən dəstəklənən Varşava meri Rafal Trzaskoski arasında rəqabət ikinci turda da davam edir.
Bildirək ki, təqribən 38 milyon əhalisi olan ölkədə xalq yerli vaxtla saat 07.00-dan 21.00-dək səs verə biləcək. Birinci turda keçirilən ictimai rəy sorğularına görə, Dudanın 50,9 faiz, Trzaskoskinin isə 49,1 faiz dəstəyi var.
İki həftə əvvəl ölkədə keçirilən 11 namizədin mübarizə apardığı prezident seçkilərinin ilk turunda Duda 43,5 faiz səslə, digər namizəd Trzaskoski isə 30,5 faizlə yer qazanıb.