Qərbi Afrika ölkəsi Nigeriyada qızıl mədənin torpaq çökməsi nəticəsində 7 işçi həyatını itirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Makurdi bölgəsindəki qanunsuz fəaliyyət göstərən qızıl mədənində baş verib.
Hadisə yerinə polis və aidiyyatı qurumlar cəlb edilib. İlkin axtarış-xilasetmə işlərində 7 mədənçinin cəsədinin dağıntıdan çıxarılıb.
Qeyd edək ki, Nigeriyada 10 minə yaxın mədənçinin qeyri-qanuni şəkildə mədənlərdə işlədiyi iddia edilib.
Ölkədə davam edən qanunsuz mədən işləri həm təbiətə ziyan vurur, həm də mədənlərdə çökməyə səbəb olur.